EN

Mavriki Prezidenti “ASAN xidmət”də

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Mavriki Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqində maraqlı olduğunu, əməkdaşlıq sazişinin imzalanmasını və bununla bağlı işlərə başlanmasını təklif edib. Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
9
azvision.az

10Sources