EN

Həkim təhlükəli qida kombinasiyaları barədə xəbərdarlıq etdi

Hətta faydalı hesab edilən qidaların belə yanlış kombinasiyada orqanizm tərəfindən zəif mənimsənilə və sağlamlığa mənfi təsir göstərə biləcəyi bildirilir. 

HİT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə tibb elmləri doktoru, diyetoloq Yelena Xoxlova danışıb.

Mütəxəssis izah edib ki, bəzi qida birləşmələri bir-birinin faydasını azaldır və həzm sisteminə əlavə yük yaradır. Məsələn, qara çayla südün birlikdə istifadəsi məsləhət görülmür: çaydakı katexin antioksidantları süd zülalı kazeinlə birləşərək onların sorulmasını azalda bilər.

Həkimin sözlərinə görə, sıyığın portağal şirəsi ilə birlikdə qəbul edilməsi də ideal sayılmır. Turş mühit nişastanın həzmini ləngidə bilər və həssas insanlarda qarında ağırlıq və köp yarada bilər. Xüsusilə yulaf, arpa və darı sıyıqları bu baxımdan daha həssasdır. Şirəni yeməkdən ayrı içmək tövsiyə olunur.

Həmçinin ət və pendirin birlikdə qəbulu da ağır kombinasiyalardan sayılır. Bu məhsullar zülal və yağla zəngin olduğuna görə eyni anda qəbul edildikdə mədə-bağırsaq sisteminə əlavə yük düşə bilər. Həzm prosesini yüngülləşdirmək üçün yeməyə tərəvəz və göyərti əlavə etmək tövsiyə olunur.

Diyetoloq əlavə edib ki, yumurtanın az duzlu balıqla birlikdə istifadəsi də bəzi hallarda problem yarada bilər. Səbəb kimi balıqda olan və B1 vitaminini parçalayan tiaminaza fermenti göstərilir. Bu vitamin maddələr mübadiləsi və sinir sistemi üçün vacibdir. Lakin ciddi çatışmazlıq riski əsasən nadir hallarda, xüsusilə xroniki mədə-bağırsaq xəstəlikləri olan və tez-tez çiy və ya az duzlu balıq qəbul edən insanlarda müşahidə olunur.

Samir

Chosen
4
50
hit.az

10Sources