EN

​“Beşiktaş”da sürpriz namizəd:

Uğursuz nəticələrdən sonra Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyi mümkün dəyişikliklər üçün alternativ variantları nəzərdən keçirməyə başlayıb.
Metbuat.az xəbər verir ki, Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisi yeni baş məşqçi axtarışına başlayıb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli mətbuatın yazdığına görə, “Beşiktaş” rəhbərliyi yerli məşqçilər arasında əsas namizəd kimi Arda Turanın üzərində dayanıb. Hazırda Ukraynanın “Şaxtyor” klubunu çalışdıran gənc mütəxəssisin adı İstanbul təmsilçisi ilə birlikdə hallanır. Qeyd edək ki, Arda Turan məşqçilik karyerasında qısa müddətdə diqqət çəkməyi bacarıb. O, əvvəlcə “Eyüpspor”la parlaq nəticələr əldə edib, ötən mövsüm isə Ukrayna təmsilçisi “Şaxtyor”un sükanı arxasına keçib.

“Şaxtyor” həm Ukrayna çempionatında, həm də Konfrans Liqasındakı uğurlu çıxışı ilə diqqət mərkəzindədir.

Chosen
49
50
metbuat.az

10Sources