AZ

Qurban Qurbanov “Beşiktaş”a gedir?

Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin siyahısında sürpriz bir ad da var. 

Belə ki, “Beşiktaş” rəhbərliyi illərdir “Qarabağ”a həm ölkə daxili, həm də ölkə xarici yarışlarda böyük uğurlar qazandıran Qurban Qurbanovu klubun sükanı arxasına keçirmək istəyir.

Məlumatda bildirilir ki, “ağ-qaralar” artıq 54 yaşlı mütəxəssislə bağlı ilk addımlarını atıb. Hazırda rəhbərlik Qurbanovu bu keçidə inandırmağa çalışır.

Qeyd edək ki, “Beşiktaş”ın siyahısındakı yerli mütəxəssislər isə Nuri Şahin, İlhan Palut və Arda Turandır. 

Bizim.Media 

Seçilən
5
50
bizim.media

10Mənbələr