EN

Hava ilə bağlı vacib proqnoz

Ani yağıntılar və temperatur dəyişiklikləri qarşıdakı aylarda daha sərt istilərin yaşana biləcəyi ehtimalını gündəmə gətirib. Güclü yağışlar kəskin istilərin xəbərçisi kimi dəyərləndirilir.

Yay aylarında hava ilə bağlı ən real ssenari nədir? Bizi dəhşətli istilərin gözlədiyi haqda iddialar nə dərəcədə əsaslıdır?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a ekoloq Cəmşid Bəxtiyar danışıb. O deyib ki, güclü yaz yağışları avtomatik olaraq “çox dəhşətli yay gəlir” mənasına gəlmir:

“Yəni bunu belə yozmaq doğru yanaşma deyil. Atmosferdə bu cür sadə və birbaşa qayda yoxdur. Amma bəzi hallarda yaz mövsümündəki qeyri-sabit hava yayda daha ekstremal hava ehtimalının artdığını göstərə bilər. Burada bir neçə fərqli məqam var. Əvvəlcə nəzərə almaq lazımdır ki, hava hadisələri ilə iqlim tendensiyası fərqli anlayışlardır. Bir neçə həftə davam edən intensiv yağış hava hadisəsidir, bu, iqlim tendensiyası sayılmır. Uzunmüddətli istiləşmə və rekord temperaturların daha tez-tez müşahidə olunması isə artıq iqlim tendensiyasıdır. Yəni may ayının yağıntılı keçməsi iyul və avqustun rekord istilərlə keçəcəyini sübut edən bir “anons” deyil. Amma qlobal istiləşmə səbəbindən ümumi fon artıq daha istidir. Buna görə də əvvəllər adi hesab olunan istilər indi daha asanlıqla ekstremal həddə çata bilir”.

Ekspert bildirib ki, yazda torpaq və atmosfer çox enerji toplayır, rütubət artır, atmosfer qeyri-sabitləşir:

Chosen
13
2
publika.az

3Sources