EN

Bu günlə bağlı CİDDİ XƏBƏRDARLIQ Daha da güclənəcək

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bazar ertəsi, mayın 18-dən etibarən Yer kürəsində maqnit qasırğası başlayıb və bu gün onun təsiri daha da güclənəcək.Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.Mayın 15-i və 16-da Günəşdə eyni vaxtda üç güclü tac kütləsinin atılması qeydə alınıb.Bu plazma axınının böyük hissəsi Yer kürəsindən kənara yönəlsə də, onun toxunma zərbəsi planetimizə təsir edəcək.Alimlərin proqnozlarına əsasən, ilk püskürmə planetimizin yanından keçəcək, digər ikisi isə maqnit qasırğalarına səbəb olacaq. Bu gün geomaqnit fırtınasının gücünün "G2" (mötədil) səviyyəsinə çatacağı, çərşənbə günü isə yenidən "G1" (zəif) səviyyəsinə enəcəyi gözlənilir."G1" və "G2" səviyyəli maqnit qasırğaları zəif və orta dərəcəli hesab olunsa da, onlar insanların səhhətinə və texnikanın işinə təsir göstərə bilir. Belə geomaqnit dalğalanmaları zamanı meteohəssas insanlar tez-tez baş ağrısı, yorğunluq, təzyiq dəyişikliyi, əsəbilik və yuxu pozuntusundan şikayətlənirlər. Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin bu günlərdə daha diqqətli olmaları tövsiyə edilir.Mütəxəssislər maqnit qasırğası günlərində daha çox dincəlməyi, stressdən uzaq durmağı, kifayət qədər su qəbul etməyi və orqanizmi fiziki cəhətdən həddindən artıq yormamağı məsləhət görürlər. Həmçinin qəhvə və spirtli içkilərin istehlakını azaltmaq tövsiyə olunur. Bundan əlavə, "G2" səviyyəli fırtınalar bəzən peyk rabitəsi və naviqasiya sistemlərinin fəaliyyətində cüzi fasilələrə yol aça bilər. (Musavat.com)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
bizim.media

3Sources