EN

Amerikalı xüsusi təyinatlılara süngü ilə döyüş qaydaları öyrədiləcək

ABŞ Silahlı Qüvvələrinin xüsusi təyinatlıları süngü döyüşünün aparılması üzrə modernləşdirilmiş hazırlıq kursu keçəcəklər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The National Interest" (TNI) ixtisaslaşmış nəşri yazıb.
 
Jurnal qeyd edib ki, Amerika ordusunun hərbi hissələrinin mütləq əksəriyyətində süngüdən istifadə olunan məşqlər əlbəyaxa döyüş məşğələləri ilə əvəz edilib, çünki süngü arxaik silah növü kimi nəzərdən keçirilməyə başlanıb. Nəşrin məlumatına görə, ABŞ ordusunun sonuncu irimiqyaslı süngü hücumu 1951-ci ildə Koreya müharibəsi zamanı qeydə alınıb.
 
Buna baxmayaraq, xüsusi təyinatlı bölmələri üçün attestasiya proqramına inteqrasiya edilmiş süngü tətbiqi ilə döyüşün aparılması üzrə yenilənmiş kurs hazırlanıb. Hərbi qulluqçular nahamar ərazidə səmti müəyyənləşdirməli, bir sıra maneələri dəf etməli və silikon hədəflərə süngü zərbələri endirməlidirlər.
 
"Belə bir hazırlığın mənası varmı? Mümkündür ki, bu, əsgərlərə "döyüşçü" düşüncə tərzini aşılamağa kömək edəcək. Bıçaqla zərbələr endirmək, yüzlərlə yard məsafədə yerləşən hədəfə atəş açmaqdan qat-qat daha intuitiv təcrübədir", - nəşr qeyd edib. /report/
 
Chosen
8
2
moderator.az

3Sources