EN

Maltadan dünyaya nümunə - ChatGPT Plus-a pulsuz giriş

OpenAI və Malta hökuməti ölkə sakinlərinin süni intellektdən (Sİ) istifadə üzrə təlim kursunu bitirdikdən sonra pullu ChatGPT Plus abunəliyinə çıxış əldə edəcəyi bir müqavilə elan edib.

Ölkə.az musavat-a istinadla xəbər verir ki, şirkətin açıqlamasında deyilir: "OpenAI və Malta hökuməti ChatGPT Plus-ı bütün Malta vətəndaşlarına şamil etmək üçün dünyada ilk tərəfdaşlıq elan edirlər. Bu təşəbbüs vətəndaşlara praktiki Sİ bacarıqlarını inkişaf etdirmək və texnologiyadan gündəlik həyatlarında istifadə etmək imkanı verəcək".

Malta dünyada belə bir proqramı başladan ilk ölkədir. "Hamı üçün Süni İntellekt" adlanan təşəbbüsün birinci mərhələsi may ayında başlayacaq. Malta Universiteti tərəfindən hazırlanmış kurs tələbələrə "Süni intellekt nədir, nə edə bilər və nə edə bilməz, evdə və işdə məsuliyyətlə necə istifadə etməyi" anlamağa kömək etməyi hədəfləyir. Kursu bitirdikdən sonra Malta vətəndaşları bir il ərzində ChatGPT Plus-a pulsuz giriş əldə edə biləcəklər.

"Malta bu miqyaslı tərəfdaşlığa başlayan ilk ölkədir, çünki vətəndaşlarımızın rəqəmsal dövrdə geridə qalmasına imkan vermirik. Biz insanlarımızı qlobal dəyişikliklərin ön sıralarına çıxarırıq", - ölkənin İqtisadiyyat, Sahibkarlıq və Strateji Layihələr naziri Silvio Şembri bildirib.

O, əlavə edib ki, Malta bununla "tanış olmayan bir anlayışı praktik köməyə" çevirəcək.

BMT-nin hesablamalarına əsasən, Worldometer-in məlumatına görə, Malta əhalisi 550.000-dən çoxdur və orta yaş həddi 41,5 ildir.

OpenAI həmçinin Estoniya və Yunanıstan kimi ölkələrin hökumətləri ilə milli təhsil sistemlərini dəstəkləmək üçün əməkdaşlıq edir.

Chosen
9
2
olke.az

3Sources