Milli komandalar üçün əsas turnir başlamağa yaxındır: ABŞ, Kanada və Meksika Dünya Kubokuna ev sahibliyi edəcək.
4 il əvvəlki turnirin qalibi olan Argentina titulunu qorumağa iddialıdır.
Publika.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Leo Messi 2026-cı il dünya çempionatı üçün gərgin məşqlərə başlayıb.
Klub və milli komandadakı komanda yoldaşı Rodriqo De Paul bunu təsdiqləyib. O, argentinalı futbolçunun klub məşqləri ilə yanaşı, bir neçə aydır ki, şəxsi məşqçi ilə fərdi plana əməl etdiyini bildirib. “Təxminən iki-üç ay əvvəl klub məşqlərimizə ayrıca bir məşq proqramı əlavə etdik. Öz məşqçimizlə gündə iki dəfə məşq edirik və ən yaxşı fiziki vəziyyətimizi əldə etmək üçün özümüzü mükəmməl həddə çatdırırıq”, – Paul deyib.