EN

Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvan reysləri ləğv edilib

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

Bu barədə Day.Az-a AZAL-dan məlumat verilib.

Məlumata əsasən, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.

Chosen
29
24
day.az

10Sources