AZ

Naxçıvana reyslər yenə ləğv olundu - AZAL məlumat yaydı

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

Bu barədə SİA Səhmdar Cəmiyyətə istinadən xəbər verir.

Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək: "Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır".

Mətləb

Seçilən
3
11
sia.az

10Mənbələr