EN

Qalatasaray ın hücumçusu Premyer Liqada oynaya bilər

ain.az bildirir, Sportal.az portalına istinadən.

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" nigeriyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "TEAMtalk" məlumat yayıb.

London təmsilçisinin yeni baş məşqçisi Xabi Alonso Osimhenin transferini rəhbərlikdən istəyir. Premyer Liqa nəhənginin 27 yaşlı forvard üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
sportal.az

2Sources