“Barselona” və İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın ilk oyunlarını buraxa bilər.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bildirilir ki, gənc vinger dünya çempionatının qrup mərhələsində Kabo-Verdeyə qarşı keçiriləcək ilk matçda forma geyinə bilməyəcək. Bununla yanaşı, onun iyunun 21-də Səudiyyə Ərəbistanı ilə baş tutacaq ikinci oyunda iştirakı da sual altına düşüb.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İspaniya millisi qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.