EN

KİV: ABŞ İranın təklifi ilə razılaşdı

ABŞ İranla aparılan danışıqlar müddətində bu ölkənin neftinə qarşı tətbiq edilən sanksiyaların icrasını müvəqqəti dayandırmağa razılıq verib.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ İranın danışıqlar qrupuna yaxın olan mÉ™nbÉ™yÉ™ istinadÉ™n "Tasnim" agentliyi mÉ™lumat yayıb.

Mənbənin sözlərinə görə, Birləşmiş Ştatlar əvvəlki irəli sürdüyü təkliflərdən fərqli olaraq, yeni variantda danışıqlar prosesi davam edərkən İrana qarşı neft sanksiyalarını dondurmağı qəbul edib. Məlumatlı şəxs əlavə edib ki, yekun razılaşma əldə olunana qədər Vaşinqton yalnız ABŞ Maliyyə Nazirliyinin sanksiyalarını ləğv etməyə hazır olduğu halda, Tehran bütün məhdudiyyətlərin tam şəkildə aradan qaldırılmasını tələb edir.

Chosen
7
2
moderator.az

3Sources