EN

“Gəncə” voleybol klubu baş məşqçi ilə müqaviləni yeniləyib

“Gəncə” voleybol komandası baş məşqçi Rafael Petri ilə əməkdaşlığını davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Gəncə” Rafael Petrinin rəhbərliyi altında Azərbaycan Yüksək Liqasının 2025/2026-cı illər mövsümünü bürünc medalla başa vurub.

Chosen
13
3
idmanxeber.az

4Sources