EN

Nazir müşaviri: Növbəti aylarda Azərbaycan Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzində işlər yekunlaşacaq

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Növbəti aylarda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzində işlər yekunlaşacaq.

APA xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində Türkiyə pavilyonunda çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov deyib.

O bildirib ki, mərkəzin ümumi qapalı sahəsi 6 793 kvadratmetrdir:

“Eyni zamanda açıq sahədə bitki istehsalı üçün ayrılmış ərazi 47 300 kvadratmetr təşkil edir. Burada yarpaqlı və iynəyarpaqlı ting sahələri, konteynerli istehsal sahələri, dibçəkli istehsal və çoxaltma sahələri, eləcə də qapalı istehsal sahələri yaradılıb”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
1
apa.az

2Sources