EN

Mourinyo yenidən “Real”da - 2 illik müqavilə

style='margin-bottom:10px;'>

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Madrid “Real”ının yeni baş məşqçisi təyin olunur.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilir ki, tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq və razılaşma tam yekunlaşıb.

Məlumata görə, Madrid klubu Mourinyonun hazırkı komandası “Benfika”ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün 6 milyon avro təzminat ödəyəcək.

Daha əvvəl yayılan xəbərlərdə portuqaliyalı mütəxəssisin “kral klubu”nda transfer qərarlarında da söz sahibi olacağı bildirilirdi.

Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də Madrid “Real”ını çalışdırıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb.

Chosen
47
8
teleqraf.com

10Sources