EN

XÉ™zÉ™rin LÉ™nkÉ™ran sahillÉ™rindÉ™ Orta É™srlÉ™rÉ™ aid yaÅŸayış mÉ™skÉ™ni TAPILDI – FOTO

Xəzər dənizinin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib.

Bizim.Media xəbər verir ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Samir Kərimov, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, Almaniyanın Marburq Filipp Universitetinin professoru, sualtı arxeologiya üzrə tanınmış mütəxəssis Winfried Held və Münhen Universitetinin doktoru, klassik arxeologiya və incəsənət tarixi üzrə ekspert Latife Summerer Xəzər dənizinin Lənkəran şəhəri hissəsində arxeoloji kəşfiyyat işləri aparıblar.
 
Tədqiqatlar şəhərin dəmiryolu stansiyasının yaxınlığındakı sahilboyu ərazidə, təxminən 2 kilometr radiusda həyata keçirilib.

Kəşfiyyat zamanı sahildən XI-XIII əsrlərə aid çoxsaylı şirsiz və şirli saxsı qab fraqmentləri aşkarlanaraq toplanılıb.
 

Arxeoloqların ehtimallarına görə, vaxtilə bu ərazidə Orta əsrlərə aid yaşayış məskəni olub. Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həmin yaşayış yerinin bir hissəsinin su altında qaldığı bildirilir.


 MütÉ™xÉ™ssislÉ™r sahilboyu É™razini É™traflı ÅŸÉ™kildÉ™ nÉ™zÉ™rdÉ™n keçirib, gÉ™lÉ™cÉ™kdÉ™ burada müasir metodlardan istifadÉ™ olunmaqla daha geniÅŸ arxeoloji vÉ™ sualtı tÉ™dqiqatların aparılması imkanlarını müzakirÉ™ ediblÉ™r.








Bizim.Media

Chosen
5
7
bizim.media

8Sources