EN

Müharibə olacaq? Köçəryandan şok açıqlama

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Prezident olduğum 10 il ərzində heç bir vətəndaş mənə sual verməyib: müharibə ola bilərmi?” 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın sabiq prezidenti Robert Köçəryan seçicilərlə görüşündə belə deyib. 

“10 il belə bir problem olmayıb. İnsanlar orduya etibar edirdilər, bilirdilər ki, biz güclüyük və istənilən müharibə düşmənin məğlubiyyəti ilə başa çatacaq. Ölkə sabit şəkildə inkişaf edirdi və bu, bizə maaşları və pensiyaları dəfələrlə artırmaq imkanı verdi.

Biz bütün ölkələrlə, o cümlədən Rusiya Federasiyası və Avropa İttifaqı ilə strateji münasibətlər qurduq, eləcə də bir çox beynəlxalq təşkilatlara üzv olduq, birini digərinə qarşı qoymadıq.  Biz “Artsax” məsələsinin həlli ilə bağlı effektiv danışıqlar apardıq. Danışıqlar ATƏT-in Minsk qrupunun himayəsi altında baş tutdu. 

Avantüristin biri isə gəlib bütün bunları məhv etdi. Bəs necə gəldi? O gəldi, xalqı inandırdı, aldatdı və seçildi. Bu, faktdır. Seçildikdən sonra o, danışıqlar prosesini sabotaj etdi və hər şeyi məhv etdi”, - Köçəryan belə deyib.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
cebheinfo.az

2Sources