EN

"Bakıya Azərbaycanın qonaqpərvərliyi sayəsində gəlmişik"-

Biz Ümumdünya Şəhərsalma Forumunu dünyanın müxtəlif şəhər və icmaları üçün dönüş nöqtəsi olan bir zamanda açırıq”.Mətbuat.az xəbər verir ki, bunu BMT-Habitatın (UN-Habitat) icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş rəsmi mətbuat konfransında çıxışı zamanı deyib. Anaklaudia Rossbax bildirib ki, müasir şəhər problemlərinin miqyası və təxirəsalınmaz xarakteri dünya ictimaiyyətindən daha sürətli, koordinasiyalı və inklüziv fəaliyyət tələb edir.“Biz burada, Bakıda, Azərbaycan Hökumətinin qonaqpərvərliyi sayəsində bir araya gəlmişik. Hazırda qlobal urbanizmin gələcəyi həm böhranların, həm də yeni imkanların təsiri altında formalaşır. Bu qlobal platformanın təşkilində göstərdiyi liderliyə və davamlı şəhər inkişafı sahəsində dialoq və əməkdaşlığın inkişafına sadiqliyinə görə Azərbaycana minnətdarıq”, – deyə UN-Habitatın icraçı direktoru vurğulayıb.BMT Baş katibinin müavini çıxışı zamanı mənzil böhranı ilə bağlı narahatedici qlobal statistik məlumatları da diqqətə çatdırıb.“Bu gün dünyada təxminən 3 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. 1 milyarddan çox insan qeyri-rəsmi məskunlaşma ərazilərində və gecəqondularda yaşamağa məcburdur, 300 milyondan artıq insan isə evsizlik problemi ilə üz-üzədir”, – deyə Anaklaudia Rossbax yekunlaşdırıb.

Gülbəniz Hüseynli /Mətbuat.az

Chosen
28
metbuat.az

1Sources