İtaliyanın Baş naziri Corciya Meloni Modenada avtomobilin piyadaları vurması ilə bağlı vəziyyətə görə işgüzar səfərdə olduğu Kiprdən təcili ölkəyə qayıdıb.
Â
Bu barədə TASS İtaliya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Â
Məlumata görə, Meloni gün ərzində İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə Modenaya səfər edərək xəstəxanalardakı yaralıları ziyarət etməyi planlaşdırır.
Â
Qeyd edək ki, İtaliyanın Modena şəhərində 31 yaşlı şəxs idarə etdiyi avtomobili insanların üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir.