AZ

Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı

Axar.az saytına istinadən ain.az xəbər verir.

İtaliya Baş naziri Corciya Meloni Modenada avtomobilin piyadaları vurması ilə bağlı vəziyyətə görə işgüzar səfərdə olduğu Kiprdən təcili ölkəyə qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə TASS İtaliya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Meloni gün ərzində İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə Modenaya səfər edərək xəstəxanalardakı yaralıları ziyarət etməyi planlaşdırır.

Qeyd edək ki, İtaliyanın Modena şəhərində 31 yaşlı şəxs idarə etdiyi avtomobili insanların üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
6
axar.az

7Mənbələr