EN

Kaja Kallas: ABŞ, Çin və Rusiya Aİ-ni parçalamaq istəyir

Kaja Kallas: ABŞ, Çin və Rusiya Aİ-ni parçalamaq istəyir

Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi Kaja Kallas ABŞ, Çin və Rusiyanın Aİ-ni sevmədiyini qeyd edib.

AFN.az xəbər verir ki, o, bu güclərin Avropa İttifaqını parçalamaq istəməsinin səbəbini bir yerdə olduqlarında daha güclü olmaları ilə izah edib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Estoniyada keçirilən konfransda gündəmdəki məsələləri dəyərləndirib.

Avropanın birlik nümayiş etdirməsinin vacibliyini vurğulayan Kallas bildirib ki, özündən daha kiçik ölkələrlə mübarizə aparmaq bərabər güclərlə mübarizə aparmaqdan daha asandır və əsl məsələ də elə budur.

Onun sözlərinə görə, hər bir ölkəyə "Sizinlə münasibətlərimiz əladır, lakin Aİ-ni sevmirəm" demək asandır, burada əsas sual Avropanın buna necə reaksiya verməsidir.

Bəzi üzv ölkələrin də bu yola meyil etməsindən narahatlığını ifadə edən ali nümayəndə qeyd edib ki, həmin ölkələr ikitərəfli münasibətlərin yaxşı olduğunu, Aİ ilə danışmaq istəməyənlərin onlarla danışa biləcəyini düşünürlər, lakin bu yanaşma əslində parçalanmanın işə yaradığını göstərir.

İranın elektrik stansiyalarına və mülki infrastrukturuna edilən hücumların Hörmüz boğazının açılması problemini həll etmədiyinə diqqət çəkən Kallas həmin nöqtənin İranın dünyanın qalan hissəsi üzərindəki nəzarətini saxlamaq üçün istifadə etdiyi bir təzyiq rıçaqı olduğunu vurğulayıb.

Kallas diplomatik həlli dəstəklədiklərini, lakin Avropanın danışıqlar masasındakı tərəflər üzərində böyük bir təsir gücünün olmadığını da sözlərinə əlavə edib.

Chosen
59
afn.az

1Sources