EN

BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir...

Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir...

Poliqon xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 – Dünya Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Malayziyanın Mənzil və Yerli İdarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Assambleyasının hazırkı prezidenti Nga Kor Ming deyib.

O bu münasibətlə Azərbaycanı təbrik edib.

“Azərbaycan bu mühüm qlobal toplantını uğurla keçirib. Bu forum yerli hökumət rəhbərlərini, şəhərsalma mütəxəssislərini və siyasətçiləri bir araya gətirən vacib platformadır”, deyə Nga Kor Ming qeyd edib.

Onun sözlərinə görə, forumun əsas mövzusu “Dünyanı mənzillə təmin etmək: dayanıqlı və davamlı şəhərlərin qurulması”dır.

“Dünyada urbanizasiya sürətlə gedir və bu prosesdə heç bir insanın, heç bir məkanın diqqətdən kənarda qalmaması vacibdir”, – deyə o vurğulayıb.

Nga Kor Ming bildirib ki, münasib və əlverişli mənzil təminatı WUF13-ün əsas gündəliyini təşkil edir.

“Ev yalnız sığınacaq deyil, insanların ümidlərinin və arzularının gerçəkləşdiyi məkandır. Keyfiyyətli mənzil münasib qiymətli, əlçatan, nəqliyyat və xidmətlərlə əlaqəli, eləcə də layiqli icma mühitinə malik olmalıdır”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, yalnız bu prinsiplər təmin olunduqda şəhərlər həqiqətən hər kəsə məxsus ola bilər.

Poliqon.info

Chosen
8
5
poliqon.info

6Sources