EN

Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

Bakı, 15 may, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.

Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara Blajekoviçə 1:4 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəkidə yarışan Simurə Abdullayeva isə təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabıyla uduzub.

 

Chosen
46
11
azertag.az

10Sources