AZ

Güləşçimiz Avropa çempionatında bürünc qazanıb

Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Hafta.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.

Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara Blajekoviçə 1:4 hesabla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəkidə yarışan Simurə Abdullayeva isə təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabla uduzub.

 

Seçilən
38
11
hafta.az

10Mənbələr