EN

Bank kartından icazəsiz pul çıxılıb Vətəndaş nə etməlidir?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Son dövrlərdə bank kartlarından vətəndaşların xəbəri olmadan pul çıxılması halları ilə bağlı şikayətlər artır.

Bu isə “kartımdan icazəsiz əməliyyat aparılıbsa, pulu geri almaq mümkündürmü?” sualını gündəmə gətirir.

Gununsesi.info-ya danışan hüquqşünas Elvin Məmmədlinin sözlərinə görə, belə hallarda ilk addım bank kartının dərhal bloklanması və banka rəsmi müraciət edilməsidir.

O bildirir ki, vətəndaş əməliyyatın ona aid olmadığını sübut etdiyi halda, məsələ araşdırılmalı və bəzi hallarda vəsait geri qaytarılmalıdır.

Hüquqşünas qeyd edir ki, istifadəçilər kart məlumatlarını üçüncü şəxslərlə paylaşdıqda və ya təhlükəsizlik qaydalarını pozduqda məsuliyyətin bir hissəsi onların üzərinə düşə bilər.

“Əgər əməliyyat kiberdələduzluq nəticəsində baş veribsə, vətəndaş həm banka, həm də hüquq-mühafizə orqanlarına müraciət etməlidir,” – deyə o vurğulayıb.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
icma.az

1Sources