EN

Muzeylərdə "açıq qapı" günü elan olunur

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü keçiriləcək.

AzNews.az xəbər verir ki, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Chosen
24
11
aznews.az

10Sources