EN

Uill Smit Oskar qalmaqalından sonra ekranlara qayıdır

Kulis.az saytına istinadən ain.az xəbər verir.

"Qara geyimli adamlar" və "Pis oğlanlar" filmlərinin ulduzu Uill Smit "Hellouin" franşizasının uğurlu bölümləri ilə tanınan rejissor Devid Qordon Qrinin "Supermaks" adlı yeni döyüş filmində baş rolu ifa edəcək.

Kulis.az xəbər verir ki, bu barədə nüfuzlu "Deadline" nəşri məlumat yayıb.

Bu film 2022-ci ildə "Oskar" mükafatlandırma mərasimində həmkarı Kris Roka şillə vurduğu səs-küylü insidentdən sonra Smitin ilk orijinal ekran işi olacaq.

Dünyanın ən qorunan həbsxanasında faciə

Ekran işinin süjet xətti dünyanın ən güclü mühafizə olunan həbsxanasında baş vermiş faciəvi insidenti araşdıran iki FTB agentinin ətrafında cərəyan edir. "Deadline" nəşri qeyd edir ki, Smitin çəkiliş meydançasındakı qadın tərəf müqabilinin kimliyi hələ təsdiqlənməyib.

Çəkilişlərin artıq avqustun ortalarında başlaması planlaşdırılır. Filmin premyerasının kinoteatrlardan yan keçərək birbaşa olaraq "Prime Video" striminq platformasında baş tutacağı gözlənilir.

Məşhur şillə və "xilas olan" evlilik

Xatırladaq ki, 2022-ci ilin martında "Oskar" mükafatlarının təqdimat mərasimi zamanı Uill Smit həyat yoldaşı Cadanın alopesiya (saç tökülməsi) xəstəliyi ilə bağlı etdiyi zarafata görə komediyaçı Kris Roka canlı yayımda şillə vurmuşdu. Təxminən bir il sonra Rok bu hadisənin hələ də ona mənəvi acı verdiyini bildirmişdi.

Smitin həyat yoldaşı Cada Pinkett-Smit isə verdiyi müsahibələrin birində etiraf etmişdi ki, ərinin Kris Roka şillə vurduğu o məşhur "Oskar" insidenti onların dağılmaq üzrə olan evliliyini qısa müddətlik də olsa, xilas etməyə kömək edib.

100 illik tarixə malik kinoteatr yenidən qapılarını açdı: 20 illik sükut pozuldu

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Brem Stokerin "Drakula"sının tarixi prototipi kim idi?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
1
kulis.az

2Sources