EN

AMB not hərraclarının sayını 2 dəfədən çox artırıb

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin I rübü ərzində Azərbaycan Mərkəzi Bankı 44 not hərracı keçirib.

Banco.az bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 2,4 dəfə çoxdur.

Baş tutan hərraclardan 11-i 28 günlük, 11-i 84 günlük, 11-i 168 günlük, 11-i isə 252 günlük notlar üzrə olub. Mart ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 306.9 mln. manat təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 63.9 mln. manat azdır.

Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6.25%, 84 günlük notlar üzrə 6.22%, 168 günlük notlar üzrə 6.32%, 252 günlük notlar üzrə isə 6.35% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
banco.az

2Sources