EN

Milyardlıq kosmetika imperiyasını tərk edib keşiş olur

Milyardlıq kosmetika imperiyasını tərk edib keşiş olurDünyaca məşhur kosmetika brendlərindən biri olan e.l.f Cosmetics şirkətinin qurucu ortaqlarından Skott-Vinsent Borbanın həyat hekayəsi gündəmə çevrilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, uzun illər milyard dollarlıq kosmetika sektorunda fəaliyyət göstərən və Hollivudun lüks həyatının mərkəzində yer alan Borba bütün sərvətini geridə qoyaraq dinə üz tutub.

Paris Hilton və Kardaşyan ailəsi kimi məşhurlarla eyni çevrədə olan keçmiş iş adamının yaşadığı mənəvi dönüş nöqtəsindən sonra həyatını tamamilə dəyişdiyi bildirilir. Məlumata görə, 52 yaşlı Borba bu ay Katolik keşişi kimi fəaliyyətə başlayacaq.

Onun bu qərarı sosial mediada və biznes dünyasında geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi Borbanın maddi zənginliyi deyil, mənəvi rahatlığı seçməsini maraqlı və qeyri-adi həyat yolu kimi qiymətləndirib.

Chosen
53
sonxeber.az

1Sources