EN

"Səudiyyəyə getmək onu zəiflətmədi"

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines ulduz hücumçu Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, "Goal" portalının yaydığı məlumata görə, ispaniyalı mütəxəssis Səudiyyə Ərəbistanı Pro Liqasının 32-ci turunda baş tutan "Ən-Nəsr" - "Əl-Hilal" (1:1) qarşılaşmasını stadiondan izləyib. O, Ronaldonun performansını qiymətləndirərək təcrübəli forvardın hələ də yüksək səviyyədə çıxış etdiyini bildirib: 

"Kriştiano hələ də böyük qələbə əzmi ilə yaşayır. Onun Səudiyyə Ərəbistanına gəldiyi gündən bəri səviyyəsinin aşağı düşdüyünə dair heç bir əlamət görmürəm. O, son dərəcə yaxşı oynayır və Portuqaliya millisi üçün nə qədər vacib olduğunu bir daha sübut edib. Bütün uğurlarına və nailiyyətlərinə baxmayaraq onun futbola olan ambisiyası olduğu kimi qalır və bu qələbə aclığı həqiqətən də diqqətəlayiqdir".

Qeyd edək ki, 2026-cı il dünya çempionatında K qrupunda yer alan Portuqaliya yığması Konqo Demokratik Respublikası, Kolumbiya və Özbəkistan seçmələri ilə mübarizə aparacaq.

Chosen
29
teleqraf.com

1Sources