EN

ABŞ və Çin Hörmüz boğazı ilə bağlı razılığa gəldilər

Bu gün ABŞ və Çin liderləri arasında keçirilən görüşdə Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi barədə razılıq əldə olunub.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, tərəflər İranla bağlı gərginlik fonunda boğazın qlobal ticarət üçün açıq qalmasının strateji əhəmiyyətini müzakirə ediblər.

Çin lideri Si Cinpin görüşdən sonra Pekinin Hörmüz boğazından istifadə üçün rüsumların tətbiqinə qarşı olduğunu deyib.

Chosen
6
1
publika.az

2Sources