EN

Məşhur kosmetika brendinin yaradıçısı var-dövlətdən İMTİNA ETDİ

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, o, hazırda katolik keşişi kimi təyin olunmağa hazırlaşır. Borba uzun illər gözəllik sənayesinin tanınmış simalarından biri olub. O, Paris Hilton və Kim Kardaşyan kimi məşhurlarla ünsiyyətdə olub və e.l.f. Cosmetics brendinin uğurunda mühüm rol oynayıb. Şirkət 2010-cu illərin ortalarına qədər yüz milyonlarla dollar gəlir əldə edib. Bu gün isə onun həyatı tamamilə fərqlidir — Borba kiçik seminariya otağında yaşayır və asket həyat tərzi sürür. Onun sözlərinə görə, həyatında dönüş nöqtəsi sənaye tədbirlərindən birində yaşadığı daxili boşluq hissi olub. “Artıq xoşbəxt deyildim”, — deyə Borba bildirib.

O qeyd edib ki, pul, bahalı avtomobillər və Kaliforniya sahilindəki ev də daxil olmaqla bütün sərvətindən imtina edərək bunları xeyriyyə təşkilatlarına bağışlayıb.

Chosen
53
Ajans.az

1Sources