Azərbaycanın Avroviziya təmsilçisi Samirə Əfəndi bu dəfə səhnədə yaşadığı maraqlı anlarla gündəmə gəlib. Müğənninin çıxışı zamanı səhnəyə yaxınlaşan bir bəyin davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İzləyicilərin bir qismi sənətçinin peşəkar davranış sərgilədiyini qeyd edib, digərləri isə ümumilikdə toy və səhnə məclislərində bu tip halların yolverilməz olduğunu vurğulayıblar.
Müzakirələr zamanı bir çox istifadəçi sosial şəbəkələrdə daha əvvəl gündəm olan Kəmalə Günəşli ilə bağlı hadisəni də xatırladıb və oxşar vəziyyətlərin sənətçilər üçün narahatlıq yaratdığını bildirib.
Görüntülər sosial mediada minlərlə baxış toplayıb, hadisə ilə bağlı müxtəlif rəylər yazılıb. Samirə Əfəndinin səhnədə soyuqqanlı və peşəkar davranışı isə izləyicilər tərəfindən xüsusi diqqət çəkib. /milli.az/