EN

Kiyevə hava zərbəsi nəticəsində hündürmərtəbəli yaşayış binası çöküb - AZƏRTAC-ın hadisə yerindən reportajı 

Mayın 13-dən 14-nə keçən gecədən başlayaraq Rusiya ordusunun Ukraynanın Kiyev şəhərini raket və dronlarla vurması nəticəsində hündürmərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

AZƏRTAC-ın xüsusi müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Darnitski rayonunda insanların dağıntıların altında qaldığı ehtimal olunur. Hazırda xilasedicilər axtarış tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 30-dan çox yaralı var.

Chosen
19
1
azerbaijan-news.az

2Sources