EN

​KASPAROV XƏYANƏT VƏ NANKORUQ ETALONU... “Rus müxalifətçi” Kremldən nə qədər qazanır?

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Əlimizin duzu yoxdur” ifadəsinin məhz Azərbaycan xalqına aid olması təsadüfi deyil. Çünki onun suyu, çörəyi, qayğısı ilə ərsəyə gəlib, sonradan ölkəmizə, xalqımıza qarşı nankorluq, xəyanət edənlərlə bağlı nümunələrin tarixi qədim, bugünü isə real və “davamlıdır”...

Bu günlərdə Harri Kasparov “youtube” kanallarından birinə müsahibəsində ölkəmizə və xalqımıza qarşı iftira, yalan, böhtan, nankorluqla dolu açıqlama verib. Bununla həm də indiyə qədər pərdələməyə çalışdığı idbar simasını ən çılpaq şəkildə ortaya qoyaraq, ilk növbədə özünü ifşa edib. Kasparov Qarabağa dair saxta erməni nağıllarını və Solovyov kimi Kreml təbliğatçılarının narrativlərini təkrarlayandan sonra Azərbaycan-Ermənistan münaqişəsinin guya məhz “Sumqayıt hadisələri”ndən başladığını iddia edib. 

Bu hadisələrin əsl təşkilatçılarının KQB agenturası və onun istifadə etdiyi, sonradan ifşa olunan ermənilər olduğunu isə inkar edib. Üstəlik, bu hadisələrə qədər Qərbi Azərbaycanda, Qarabağda həmvətənlərimizə qarşı törədilən kütləvi cinayətləri, qətliamları, onların yer-yurdlarından necə vəhşiliklə qovulduğunu deməyi “unudub”. 

Bu da azmış kimi, özünün Azərbaycandakı həyatı barədə danışarkən "Bakıda yaşadığı mənfi təcrübə" haqda fikirlər söyləyib. Baxmayaraq ki, məhz Azərbaycan, başda Heydər Əliyev olmaqla, Kasparovun “adam olub”(əgər olubsa) üz-araya çıxmasında misilsiz rol oynayıb...

Təbii ki, erməni etnik qarışığını nəzərə alaraq, onun nankorluğuna, xəyanətinə adi hal kimi baxıb, bu mövzudan yan keçmək olardı. Lakin nəzərə almaq lazımdır ki, şahmatdan siyasətə “tullanan” bu başa bəla “siyasətçi”nin Rusiya liberal dairələrində, eləcə də keçmiş SSRİ respublikalarında müəyyən auditoriyası var. O, bu cəfəngiyyatları ilə həmin auditoriyanın beynini onsuz da “əskisi tüstülü olan” Azərbaycana qarşı daha da zəhərləyir...

Bəlkə də SSRİ-də Azərbaycanın Kasparova yaratdığı şərait heç bir digər şahmatçıya yaradılmamışdı. O, Sovet dövründə Bakıda istənilən orta statistik azərbaycanlıdan qat-qat daha yaxşı yaşayırdı, ona və anasına hörmət qoyulurdu, onlara əla yaşayış şəraiti, yüksək səviyyəli təminat yaradılmışdı, bu ana-balanın hər cür şıltaqlığı dərhal yerinə yetirilirdi. 

Üstəlik, onun erməni xalası da məhz azərbaycanlıda ərdə idi və Kasparov hamıdan yaxşı bilirdi ki, Azərbaycanda kimsə milli ayrıseçkilik edib, onlara “gözün üstə qaşın var” demirdi. Üstəgəl, onun arxasında Azərbaycan, Heydər Əliyev durmasaydı, heç vaxt şahmatdakı zirvələrə qalxa bilməzdi və kim bilir, bəlkə də gənc vaxtlarından şahmatçı karyerasına son qoymalı olacaq, haralardasa işsiz-peşəsiz sülənəcəkdi...

Məsələ ondadır ki, həmin bu adam ötən ilin sentyabrında tanınmış ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində tamamilə başqa cür danışmışdı. Həmin vaxt, görünür, Qordonun Azərbaycana qarşı olduqca müsbət münasibətini bildiyi üçün Kasparov öz “sürüşkən” mahiyyətindən çıxış edərək, ölkəmiz və zamanında ona göstərilmiş qayğı ilə bağlı minnətdarlıqla danışmışdı. Həmçinin, Rusiyanın Qafqazdan sıxışdırılmasında, xüsuslə Qarabağdan çıxarılmasında Azərbaycanın əhəmiyyətini qeyd etmişdi: “Tanrıya şükürlər olsun ki, Rusiyanı oradan çıxardılar. Bütün bu hadisələrin başlıca təxribatçısı olan Rusiya imperiyası artıq orada olmayacaq… Ümumilikdə bu, irəliyə atılan böyük addımdır. Biz nəticədə çiçəklənən iqtisadi zona əldə etmiş olacağıq. Orda işləmək üçün, qazanmaq üçün şərait var. Yaxşıdır ki, orada azərbaycanlıların öz imkan və bacarıqları var, ermənilərin də həmçinin. Yəqin ki, bütün bunları qurub yaratmaq olacaq… Bu, (Azərbaycan-Ermənistan razılaşması) çox böyük addımdır və başqaları üçün də nümunədir ki, nə qədər Rusiya imperiyasının bölgədə mövcudluğu azdırsa, bir o qədər, hətta arasında tarixən qan olanların belə bir-biri ilə anlaşması şansı çox olacaq”.

Kasparov Heydər Əliyev və Bakı barədə sualı da cavablandırıb: “Heydər Əliyevə çox minnətdaram və bu barədə həmişə yazmışam… Onun dəstəyi olmasaydı, mən irəliləyə bilməzdim. Yalnız Əliyev və onun hər şeyi yarıb keçən gücü Karpovu(dünya çempionluğu uğrunda Kasparovun əsas rəqibi olan Anatoli Karpov – red.) yuxarıda saxlamağa çalışan böyük partiya maşınının qarşısını ala bilirdi… 1983-cü ildə, birinci mərhələdə onlar məni yarışdan kənarlaşdırmağa çalışanda məhz Əliyev buna imkan vermədi...”

Cəmi 7 ay əvvəl bütün bunları deyən Kasparov bu gün Bakıda, Azərbaycandakı həyatının mənfi təcrübəsindən, “azərbaycanlılarla ermənilərin birgə yaşayışının mümkünsüzlüyündən”, “erməni soyqırımın tanınmasının vacibliyindən” danışır, erməni tarixi cəfəngiyyatlarını və Kremlin tezislərini təkrarlayır.

Bəs, nədir bu “U” dönüşünün səbəbi? Bu məsələnin Kasparovun məlum köklərindən gələn nankorluq, xəyanətlə dolu mənəvi tərəfilə yanaşı, mütləq şəkildə maddi tərəfi də olmamış deyil. Yeri gəlmişkən, onu tanıyanlar kifayət qədər xəsis, pulgir və nanəcib biri kimi xarakterizə edirlər. Bu adam məşhur aktrisa Marina Neyolovadan olan nikahdan kənar qızını qəbul etməyib. Xarici görünüşünə görə də tamamilə özünə oxşayan övladından imtina edərək, uşağın ona aidiyyatı olmadığını deyib. Bu məsələ zamanında çox müzakirələrə səbəb olmuş, Kasparovun cılız mahiyyətini ifşa etmişdi...

İndi bu adam faktiki olaraq, Azərbaycanla Ermənistan arasında sülh gündəminin əleyhinə olan açıqalmalar verməklə, Kreml təbliğatının və Ermənistandakı ruspərəst müxalifətin əlinə oynayır. Onun bunun üçün istifadə etdiyi ritorika və “arqumentlər” isə Rusiya dövlət kanallarının efirində Azərbaycana qarşı səsləndirilən və Ermənistandakı revanşist qüvvələrin Nikol Paşinyan hökumətinə qarşı istifadə etdiyi tezislərlə birə-bir eynidir. 

Görünür, xaricdəki Rusiya “liberal müxalifəti”nin ilk növbədə Kremlin özü tərəfindən maliyyələşdirildiyi, onun maraqlarına xidmət etdiyi, bu “müxalifət”in sıralarının isə Kreml agenturası ilə dolu olduğu barədə iddia və ittihamlar təsadüfi deyil. Ermənsitanda Paşinyanın yenidən seçilməməsi, uduzması və Azərbaycanla Ermənistan arasında savaş perspektivinin təşviqi üçün Kremlin öz “pul kisəsinin ağzını açdığı” hamıya məlumdur. Yəqin ki, bunun üçün ayrılan milyardlardan həmin “rus müxalifəti”nin ən simasız üzvlərindən olan Kasparov kimi nanəciblərə də pay çatır...

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
azpolitika.info

1Sources