EN

Trampın Çin səfəri qlobal rəqabətin yeni mərhələsini göstərir Politoloq

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri Vaşinqton-Pekin münasibətlərində mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı.

Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Turan Rzayev deyib.

Onun fikrincə, səfərin əsas məqsədi ticarət, iqtisadi əməkdaşlıq, Tayvan və İran kimi əsas geosiyasi məsələlər üzrə fikir ayrılıqlarını azaltmaqdır.

Pekində Si Cinpinlə görüş zamanı Tramp ABŞ və Çini dünyanın iki əsas supergücü kimi xarakterizə edərək, Vaşinqtonun hərbi üstünlüyünü vurğulayıb.

Rzayev hesab edir ki, bu yanaşma ABŞ-nin Çinin artan iqtisadi, maliyyə və geosiyasi gücündən narahatlığını da nümayiş etdirir.

Ekspertin sözlərinə görə, tərəflər arasında ən kritik məsələ Tayvandır. Si Cinpin açıq şəkildə bildirib ki, Tayvan məsələsinin yanlış idarə olunması ABŞ-Çin qarşıdurmasına səbəb ola bilər. Bu isə göstərir ki, iki ölkə arasında real hərbi risk yarada biləcək əsas mövzu məhz budur.

Rzayev qeyd edir ki, Çin birbaşa qarşıdurmadan yayınmağa çalışsa da, ABŞ-nin diqqətini yayındırmaq üçün Rusiya və İran kimi aktorlarla əməkdaşlıq imkanlarından istifadə edir. Bu kontekstdə İran məsələsi də Trampın Pekin səfərində əsas gündəmlərdən biri olub.

Şərhçiyə görə, Vaşinqton anlayır ki, Çin SSRİ modeli ilə zəiflədilə bilməz. Çinin həm liberal iqtisadi dayaqları, həm də ABŞ iqtisadiyyatı ilə qarşılıqlı asılılığı Pekinə qarşı sərt ssenariləri çətinləşdirir.

“Trampın səfəri qarşıdurmanı azaltmaq və müəyyən uzlaşma əldə etmək cəhdi olsa da, yaxın perspektivdə ABŞ-Çin rəqabətinin səngiməsi real görünmür. Bu münasibətlərdə əlavə danışıqlar və uzunmüddətli strateji balans axtarışı davam edəcək”, – deyə o, həmçinin qeyd edib.

Orxan 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
50
icma.az

10Sources