Akif İslamzadə müalicə aldığı xəstəxanadan evə buraxılıb. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə müğənninin özü məlumat verib. "Dünən evə buraxılmışam, özümü yaxşı hiss edirəm", - Akif İslamzadə bildirib. Qeyd edək ki, o, bir neçə gün öncə səhhətində yaranan problemlər səbəbilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.