EN

Beyləqan Mərkəzi Xəstəxanasının direktoru və müavini işdən çıxarıldı

BEYLƏQAN, 13 may. TELEQRAF

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında kadr dəyişikliyi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və İnzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu vəzifələrindən ayrılıblar.

Məlumata görə, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı əsasında həyata keçirilib. Bildirilir ki, hər iki şəxs işdən öz ərizələri ilə çıxıb.

Hazırda xəstəxanada yeni idarəetmə strukturu üzrə dəyişikliklərin davam etdiyi qeyd olunur.

Chosen
72
2
teleqraf.com

10Sources