Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində Türkiyədə tətbiq edilən yeni tənzimləmə iki ölkə arasında ticarət prosedurlarını sadələşdirib. Bunu Ermənistanda parlament sədrinin müavini Ruben Rubinyan bildirib.
Onun sözlÉ™rinÉ™ görÉ™, artıq ErmÉ™nistandan üçüncü ölkÉ™ vasitÉ™silÉ™ TürkiyÉ™yÉ™ vÉ™ ya TürkiyÉ™dÉ™n ErmÉ™nistana göndÉ™rilÉ™n malların mÉ™nÅŸÉ™yini vÉ™ son tÉ™yinat yerini “ErmÉ™nistan-TürkiyÉ™” kimi göstÉ™rmÉ™k mümkün olacaq.
Rubinyan bunu iki ölkə arasında ticarət əlaqələrinin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirib.
“Biz Gümri-Qars dÉ™mir yolu da daxil olmaqla, sÉ™rhÉ™din açılması istiqamÉ™tindÉ™ iÅŸlÉ™rimizi davam etdiririk”, - o bildirib.
Hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur və quru sərhədi 1993-cü ildən bağlıdır. Son illərdə tərəflər münasibətlərin normallaşdırılması istiqamətində xüsusi nümayəndələr təyin edib və bir neçə görüş keçiriblər.
2022-ci ildə iki ölkə üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması və birbaşa yük hava daşımalarının başlanması barədə razılığa gəlib. Gümri-Qars dəmir yolunun mümkün açılışı regionda nəqliyyat və ticarət əlaqələrinin bərpası baxımından əsas layihələrdən biri hesab olunur.
Gülnar