EN

Dünyanın ən isti 50 şəhəri: Hamısı eyni ölkədə yerləşir - FOTO

Günəşin yandırıcı təsiri aprelin sonuna qədər dünyanın bir nöqtəsini demək olar ki, od halqasına çevirib. Son ölçmələr nəticəsində dünyanın ən isti 50 yaşayış məntəqəsinin hamısının tək bir sərhəd daxilində cəmləşdiyi üzə çıxıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, aprelin sonunda qeydə alınan məlumatlara görə, dünyanın ən isti 50 şəhərinin hamısı Hindistanda yerləşir.

Adətən ilin ən isti ayı olmayan aprel ayında Hindistanda orta pik temperatur 44,7 dərəcə Selsiyə çatıb.

Siyahının başında duran Uttar Pradeş ştatının Banda şəhəridir. Bura 46,2 dərəcə Selsi ilə qeydə alınan ən yüksək temperatur rekord qırılıb.

Qlobal iqlim böhranı nəticəsində Hindistanda yay daha tez başlayıb və hər il daha şiddətli keçir.

Bu ölkədə temperaturun 2050-ci ilə qədər sağlam insanlar üçün belə "sağ qalma həddi"ni aşa biləcəyi barədə xəbərdarlıq edilib.

Billurə

Chosen
15
2
azreform.info

3Sources