İranın danışıqlar heyəti ABŞ ilə nüvə məsələsinin müzakirəsinə başlamazdan əvvəl yerinə yetirilməli olan beş əsas şərt irəli sürüb.
Musavat.com xəbər verir ki, Əl Cəzirə telekanalının jurnalisti Əli Haşemin danışıqlardan məlumatlı mənbəyə istinadən yaydığı məlumata görə, Tehran bütün cəbhələrdə müharibənin dayandırılmasını əsas tələb kimi önə çəkib.
Məlumata görə, İran tərəfi həmçinin ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaların ləğvini və dondurulmuş İran aktivlərinin açılmasını istəyir.
Şərtlər arasında hərbi əməliyyatlar nəticəsində yaranmış zərər və itkilərə görə kompensasiya ödənilməsi də yer alıb. Bundan əlavə, İran Hörmüz boğazı üzərində suveren hüququnun rəsmi şəkildə tanınmasını tələb edib.
Mənbənin sözlərinə görə, Tehran bu şərtlər yerinə yetirilmədən nüvə proqramı ilə bağlı hər hansı müzakirəyə başlamağa hazır olmadığını bildirib.
Musavat.com