EN

Sərnişinlərdən birinin hantavirus testi pozitiv çıxdı

“Hantavirus” əlamətlərinin aşkarlandığı “MV Hondius” gəmisindən təxliyə edilərək Madridə gətirilən 14 ispaniyalı sərnişindən birinin PCR testi müsbət çıxıb.Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, Tenerife adasından Madriddəki hərbi hospitala gətirilən sərnişinlərdən birində hantavirus aşkarlanıb.Nazirlikdən qeyd edilib ki, testi müsbət çıxan şəxsdə hər hansı simptom müşahidə olunmur və onun vəziyyəti stabildir. İlkin nəticənin təsdiqlənməsi üçün ikinci testin aparılacaq.Protokola uyğun olaraq həmin şəxs digər sərnişinlərdən ayrılıb və xəstəxananın Yüksək Səviyyəli İzolyasiya və Müalicə Bölməsinə yerləşdirilib. Bildirib ki, sərnişin simptomsuz olsa da, ciddi təhlükəsizlik tədbirləri altında izolyasiyaya götürülüb.

Qeyd edək ki, daha əvvəl “MV Hondius” gəmisindən təxliyə edilən 1 fransız və 1 amerikalı sərnişində də hantavirus aşkarlanmışdı.

Chosen
33
metbuat.az

1Sources