EN

Bacco İtaliya futbolunun problemləri haqda

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Bacco İtaliya futbolunun problemləri haqda

Əfsanəvi italiyalı futbolçu Roberto Bacco ölkə futbolundakı böhranın səbəblərindən danışıb.

QOL.az "Corriere dello Sport" istinadən xəbər verir ki, 59 yaşlı veteran hücumçu İtaliya millisində yerli oyunçuların azlığından narahat olduğunu bildirib.

“Düzəldilməli çox şey var. Uşaqlar artıq küçədə futbol oynamırlar və A Seriyasında italiyalılar azdır. Əgər başqa yerdən oyunçu axtarıb onu milliləşdirməli olursansa, deməli, lazımi səviyyədə çıxış edə biləcək italyan tapa bilməmisən.

Gənc italiyalı futbolçulara şans verəcək sistem qurulmalıdır. İstedadlı oyunçular hələ də var, sadəcə onları tapmaq, inkişaf etdirmək və ən əsası onlara inanmaq lazımdır”- deyə Bacco bildirib.

Xatırladaq ki, dördqat dünya çempion olan İtaliya millisi tarixində ilk dəfə ardıcıl 3-cü mundialdan kənarda qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
qol.az

2Sources