EN

​Trampdan Aİ yə gözlənilməz jest Avtomobil rüsumları 4 iyula qədər təxirə salındı

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal edilən avtomobillər üçün rüsumların artırılması qərarını iyulun 4-nə qədər təxirə salıb.

"AzPolitika" xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu qərarı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə baş tutan "möhtəşəm söhbətdən" sonra qəbul etdiyini açıqlayıb. 

Tramp özünün sosial şəbəkəsindəki hesabında Aİ-ni Şotlandiyanın Ternberri şəhərində imzalanmış tarixi ticarət müqaviləsinin şərtlərinə əməl etməyə çağırıb: "Mən Aİ-nin tarixin ən böyük ticarət sazişi olan Ternberri razılaşmasının öz üzərinə düşən hissəsini yerinə yetirməsini səbirlə gözləmişəm. Söz verilmişdi ki, Aİ tarifləri sıfıra endirəcək!"

Qeyd edək ki, sözügedən müqavilə 2025-ci ildə razılaşdırılıb və 2026-cı ilin əvvəlində təkmilləşdirilib. Sənəd ABŞ-ın sənaye məhsulları üçün Avropa rüsumlarının ləğvini və Avropadan gələn əksər mallar üçün tarif tavanının müəyyən edilməsini nəzərdə tutur.

Liderlərin müzakirə mövzusu təkcə iqtisadiyyat olmayıb. Donald Trampın sözlərinə görə, tərəflər İranın nüvə silahına sahib olmaması barədə ortaq mövqedən çıxış ediblər: "Biz həmçinin İranla bağlı vəziyyəti müzakirə etdik və razılaşdıq ki, Tehran heç vaxt nüvə silahına malik olmamalıdır".

Ursula fon der Lyayen də öz növbəsində danışıqları yüksək qiymətləndirərək, ticarət razılaşmasının icrasında irəliləyişin olduğunu və tariflərin iyulun əvvəlinədək azaldılması istiqamətində işlərin davam etdiyini bildirib.

Xatırladaq ki, mayın 1-də Tramp Aİ-ni sazişə əməl etməməkdə ittiham edərək, gələn həftədən etibarən avtomobil və yük maşınlarına 25 faizlik rüsum tətbiq edəcəyini bəyan etmişdi. Lakin daxili siyasətdə də vəziyyət mürəkkəbdir: 2026-cı ilin fevralında ABŞ Ali Məhkəməsi Trampın bir çox ölkələrə, o cümlədən Kanada, Meksika və Çinə qarşı tətbiq etdiyi tarifləri qanunsuz hesab edib. Məhkəmə qərarına əsasən, həmin rüsumları ödəmiş şirkətlər vəsaitlərini geri tələb edə bilərlər.

"AzPolitika.info"     

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
azpolitika.info

1Sources