EN

Çində iki keçmiş nazirə EDAM CƏZASI VERİLDİ

Ajans.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hökm Çin sədri Si Cinpinin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra başlatdığı genişmiqyaslı antikorrupsiya kampaniyasının ən səs-küylü qərarlarından hesab edilir. Silahlı qüvvələr bu kampaniyanın əsas hədəflərindən biri olaraq qalır. 2023-cü ildə "təmizləmələr" ölkənin nüvə və digər silahlarına cavabdeh olan Xalq Azadlıq Ordusunun elit raket qoşunlarını əhatə etməyə başlayıb. Daha sonra Çinin ən yüksək hərbi rəhbərlərindən biri olan, uzun müddət Si Cinpinin yaxın adamlarından hesab edilən Çjan Yusya vəzifəsindən uzaqlaşdırılıb.

İstintaqın versiyasına görə, Li Şanfu külli miqdarda rüşvət alıb, eləcə də ayrı-ayrı şəxslərin maraqları naminə kadr qərarlarının təşviqinə kömək edib. İstintaqa görə, Vey Fenqe də külli miqdarda pul və qiymətli əşyaları mənimsəyib, başqalarına təyinatlar zamanı qeyri-qanuni üstünlüklər qazanmağa kömək edib.

Chosen
17
1
Ajans.az

2Sources