AZ

Çində iki keçmiş nazirə edam cəzası verildi

Çində rüşvətdə ittiham olunan keçmiş müdafiə nazirləri Vey Fenqe və Li Şanfu ölüm hökmünə məhkum ediliblər.

Moderator.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hökm Çin sədri Si Cinpinin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra başlatdığı genişmiqyaslı antikorrupsiya kampaniyasının ən səs-küylü qərarlarından hesab edilir. Silahlı qüvvələr bu kampaniyanın əsas hədəflərindən biri olaraq qalır.

2023-cü ildə "təmizləmələr" ölkənin nüvə və digər silahlarına cavabdeh olan Xalq Azadlıq Ordusunun elit raket qoşunlarını əhatə etməyə başlayıb. Daha sonra Çinin ən yüksək hərbi rəhbərlərindən biri olan, uzun müddət Si Cinpinin yaxın adamlarından hesab edilən Çjan Yusya vəzifəsindən uzaqlaşdırılıb.

İstintaqın versiyasına görə, Li Şanfu külli miqdarda rüşvət alıb, eləcə də ayrı-ayrı şəxslərin maraqları naminə kadr qərarlarının təşviqinə kömək edib. İstintaqa görə, Vey Fenqe də külli miqdarda pul və qiymətli əşyaları mənimsəyib, başqalarına təyinatlar zamanı qeyri-qanuni üstünlüklər qazanmağa kömək edib.

Çinin məhkəmə təcrübəsində məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayətlər törətmədikdə, iki illik möhlətlə verilən ölüm hökmü adətən ömürlük həbs cəzası ilə əvəz olunur. "Xinhua"nın məlumatına görə, cəzanın yüngülləşdirilməsindən sonra hər iki keçmiş nazir əfv hüququ və ya şərti-vaxtından əvvəl azadlığa buraxılma olmadan ömürlük həbs cəzası çəkəcəklər.

Seçilən
0
1
moderator.az

2Mənbələr