EN

​Tehran Əbu-Dabiyə hücum iddialarını təkzib etdi

Tehran Əbu-Dabiyə hücum iddialarını təkzib edib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının mərkəzi qərargahının nümayəndəsi Ebrahim Zülfüqari açıqlama verib. O bildirib ki, İran Silahlı Qüvvələri son günlər BƏƏ ərazisinə qarşı heç bir raket və ya pilotsuz uçuş aparatı ilə hücum həyata keçirməyib və bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Zülfüqari vurğulayıb ki, belə bir əməliyyat baş versəydi, Tehran bunu açıq şəkildə bəyan edərdi. O, BƏƏ Müdafiə Nazirliyinin yaydığı məlumatları qəti şəkildə təkzib edib və əsassız adlandırıb.

Bununla yanaşı, İran rəsmisi xəbərdarlıq edərək bildirib ki, əgər BƏƏ ərazisi İrana qarşı hücum üçün istifadə olunarsa, buna sərt və qəti cavab veriləcək.

Chosen
12
3
metbuat.az

8Sources