Azərbaycanın bir çox şairi, yazıçısı, alimi, filosofu Sovet dönəmindən xalq düşməni kimi cəmiyyətə çatdırılıb. Amma bu " xalq düşmənləri" vətənini , millətini hamıdan çox istəyiblər. Onlar xalqda milli şüuru, milli düçüncəni yaratmaq istəyiblər.
Hüseyn Cavid də belə olub, Mikayıl Müşfiq də belə olub , Əhməd Cavad da belə olub, Əhməd Ağaoğlu da belə olub... Onlara üsünü qara buludlar nə qədər alsa da , onlara nə qədər böhtan atılsa da , axırda gün işığı kimi çaxaraq millətin düsüncəsini, təfəkkürünü və həyatını işıqlandırıblar!
Filologiya elmləri doktoru, professor Şahbaz Şamıoğlu ( Musayev) böyük Azərbaycan ziyalısı, görkəmli yazıçı- mütəfəkkir , millətinə və xalqına son nəfəsinə qədər sadiq olan Əhməd Ağaoğlu barəsində çox mükkəməl elmi monoqrafiya hazırlayaraq nəşr etdirib. Kitab belə adlanır:" Əhməd Ağaoğlu həyatı , mühiti, nəsri və epistolyar irsi". Kitab " Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilib. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçilər filologiya elmləri doktoru Abid Tahirli , filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayevadır! Monoqrafiyanın birinci fəslində görkəmli mühacir, yazıçı- mütəfəkkir Əhməd Ağaoğlunun həyatı və mühiti , ikinci fəslində bədii - fəlsəfi, üçüncü fəslində bədii - sənədli nəsri, dördüncü fəslində Eliş toylar irsi tədqiq olunmuşdur. Kitabda bir epizoda diqqət yetirək:" Əhməd Ağaoğlu Azərbaycan ədəbi- mədəni, elmi- fəlsəfi, içtimai - siyasi fikir tarixinin təkrarsız nümayəndələrindəndir.
O, 19- cu əsrdə Avropa təhsili görmüş çox az sayda ziyalılardan , geniş elmi biliyə və zəngin dünyagörüşə malik yazıçı- mütəfəkkirlərdəndir. Şərq və Qərb mədəniyyətinə dərindən bələd olan Ə. Ağaoğlu zəngin yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə yalnız vətəni Azərbaycana və ikinci vətəni Türkiyəyə deyil, bütöv türk- islam aləminə layiqli xidmət göstərmiş, böyük bir coğrafiyada yaşayan türklərin müasirləşməsi, sivil dünya xalqları səviyyəsinə qalxması ücün əlindən gələni etmiş, eyni zamanda türkün şanlı tarixinin öyrənilməsi və təbliği istiqamətində yorulmadan çalışmışdır..."
Kitab ədəbi - elmi ictimaiyyət, filoloji ixtisaslar üzrə təhsil alanlar üçün nəzərdə tutulmuşdur!
Emil FAİQOĞLU